Ordubadda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, 90 yaşlı kişi ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gecə rayonun Ağrı kəndində baş verib.
Məlumata əsasən, 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı dəm qazından (qaz sobasından) zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
S.Bağırov orada vəfat edib, onun həyat yoldaşı M.Bədəlova isə reanimasiya şöbəsində müalicə alır.
Digər iki şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Azinformasiya.az