Orban Zelenskiyə: Aİ-yə üzvlüyün şərtlərini namizəd ölkə müəyyən etmir, yanlış yoldasınız

Avropa İttifaqına üzvlüyün şərtlərini namizəd ölkə müəyyən etmir.

 

Azinformasiya.az  xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ-yə üzvlüklə bağlı paylaşımına cavabında yazıb.

“Hörmətli cənab Prezident, siz yanlış yoldasınız. Avropa İttifaqına üzvlük uğurlara əsaslanan bir prosesdir. Şərtləri müəyyən edənlər üzv dövlətlərdir, namizəd ölkələr deyil”, – Orban vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir