Qərb müharibəni davam etdirmək istəyir və bu, NATO-nun sammitində də öz təsdiqini tapdı. Sülhdən az söhbət gedir, ona görə də müharibə yaxın gələcəkdə sonlanmayacaq və sanksiyalar aradan qaldırılmayacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunda yayımlanan “Sabahın xeyir, Macarıstan” proqramında söyləyib.
“Sülhdən demək olar ki, söhbət getmir, ona görə də müharibə yaxın gələcəkdə sonlanmayacaq və sanksiyalar aradan qaldırılmayacaq. Onlar olmasaydı, biz normal iqtisadi inkişaf yoluna qayıda bilərdik”, – o vurğulayıb.
Macarıstan Baş naziri NATO-nun sammitində Ukraynanın maraqlarının ifadə olunmasının qarşısının alınmasının vacib olduğunu söyləyib və həmçinin qeyd edib ki, bunun qarşısının alınmaması “dünya müharibəsi riski”nə səbəb ola bilər.
Orban Britaniya müdafiə nazirinin NATO sammitindən sonra Ukrayna Prezidentini təşəkkür etmədiyinə görə tənqid etməsi ilə bağlı məsələyə də münasibət bildirib. “Əgər çətinlik çəkirsinizsə və kömək istəyirsinizsə, özünüzü düzgün aparın”, – Baş nazir vurğulayıb.
Onun sözlərinə əsasən, Ukrayna çox çətinlik çəkir, “lakin, həmçinin Ukraynanın mövqeyini qəbul etməmək vacibdir, çünki bu, bizi müharibəyə sürükləyə bilər”.
Orban Ukrayna lideri Zelenskinin ABŞ-ın müharibəni beş dəqiqəyə bitirə biləcəyi ilə bağlı bəyanatı ilə razılaşdığını bildirib: “Amerikalılar müharibənin bitməsini istəsələr, bu, sabah bitəcək.
NATO sammitində amerikalıların bunu nə üçün istəmədiyinə dair cavab ala bilmədik”.
Azinformasiya.az