Orban: Macarıstan Aİ sammitindən əvvəl danışıqlarda qalib gəlib

“Qərbdə dondurulmuş Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi Brüsseldə keçiriləcək Avropa İttifaqı (AB) sammitində müzakirə olunmayacaq.”

 

Azinformasiya.az  xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə verdiyi açıqlaması zamanı deyib.

“Macarıstan Aİ sammitindən əvvəl danışıqlarda qalib gəlib. Avropa Komissiyasının prezidenti (Ursula fon der Leyen) dondurulmuş Rusiya aktivləri məsələsinin gündəmdə olmayacağını açıqladı”, – deyə Orban bildirib.

O, Macarıstanın və bir sıra digər ölkələrin Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxdığını və bunun Aİ liderlərini məsələni gündəmdən çıxarmağa məcbur etdiyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir