Orban: Gürcüstanı Ukraynaya çevirmədiyi üçün Gürcüstan hökumətinə təşəkkür edirəm

“Heç kim öz ölkəsini dağıtmaq, mənasız müharibəyə qarışmaq istəmir. Ona görə də biz sülh istiqamətində seçim edən gürcü xalqının verdiyi qərarı başa düşürük”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Gürcüstan hökumətini təbrik etmək istərdim. Siz Avropayönlü siyasət həyata keçirdiyiniz bir şəraitdə ölkənizin başqa Ukraynaya çevrilməsinə imkan vermədiniz. Biz Baş nazirin bu ideyaya sadiqliyini çox yüksək qiymətləndiririk və şəxsən mən əminəm ki, onilliyin sonuna qədər Gürcüstan Avropa İttifaqının üzvü olmağa ən yaxşı formada hazır olacaq. Biz sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – Orban vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir