Oğuzda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Renald Mikailovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil darəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəzada sürücü və avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü Ərkinaz Abdulxəlilova xəsarətlər alıblar. Onlar Qəbələ xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir