Oğuzda minik avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb

Oğuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakinlərinin idarə etdiyi “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi rayonun Yaqublu, bir nəfər isə Calut kəndinin sakinləridir.

Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir