Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirib

Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında çaqqalın hücumuna məruz qalıb. Çaqqal onun ayağına xəsarət yetirib. N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksin vurulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir