Oğuzda avtomobil qoyun sürüsünü vurub, 10-dan çox heyvan tələf olub

Oğuz rayonunda idarəetmədən çıxan avtomobil qoyun sürüsünü vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Böyük Söyüdlü-Qarabulaq avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və qarşısına çıxan qoyun sürüsünü vurub.

Qəza əsnasında 10-dan artıq xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir