Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Oğuzda minik avtomobili ağaca çırpılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli-Yaqublu avtomobil yolunda qeydə alınıb.

Rayon sakini 1999-cu il təvəllüdlü Rəhman Mərdan oğlu Hümbətovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü R. Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir