Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.
51 yaşlı C.Məmmədkərimovun üç gün öncə oğluna toy etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az