Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb, xəstəxanaya yerləşdirilib

Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında qeydə alınıb. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir