OĞLU avtoqəzada ölən ATA Baş prokurora müraciət etdi…

Mənim oğlumun həqiqi qatili kimdir, qəza vaxtı avtomobili KİM İDARƏ EDİB..?

 

Qəza  yerindəki  çəkiliş  kameraları nə üçün istintaqa  verilmir ?

İstintaq  nə üçün  2 ilə yaxındır  sürünür  ?

Türkiyədən, Dubaydan Azərbaycana  saxta dollar, qızıl gətirən  cinayətkar dəstəni kimlər müdafiə edir ?

 

NUH.az  müraciəti  olduğu kimi  dərc edir.

 

Hörmətli Kamran müəllim !

Sizi yaxından tanıyanlar sizin ədalətli, vicdanlı, peşəkar, qanunların aliliyinə hörmət edən hüquqşünas olduğunuzu səmimi olaraq  qeyd edirlər.

Mən də sizin ədalətinizə güvənərək oğlumun  faciəli ölümü ilə bağlı cinayət işinin qeyri-obyektiv aparılması, bilərəkdən süründürməçiliyə  yol verilməsi ilə əlaqədar sizə müraciət edirəm.

Cənab Baş prokuror !

Qısa məlumat üçün bildirim ki,  3 fevral 2023-cü il tarixdə  Nərimanov rayonu, Z.Bünyadov prospektində avtoqəza  baş  verib.  Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolayrıcı səddi-BARDÜRÜ   aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, MƏNİM  OĞLUM , 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobilin  ÜSTÜNƏ ÇIXIB. Nəticədə oğlum  Səid  Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri – 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cənab Baş prokuror, özünüz təsəvvür edin ki, avtomobildə olanlar və avtomobili idarə edən şəxs hansı halda, hansı vəziyyətdə olublar ki, yolayırıcı səddi-bardürü  AŞARAQ  qarşı tərəfdən gələn avtomobilin ÜSTÜNƏ  DÜŞÜB.

İkincisi  istintaq  sənədlərində  avtomobili sürücülük vəsiqəsi olmayan  Gülnarə Fətullayevanın idarə etdiyi qeyd olunsa da, şahidlərin dediyinə görə  sükanın arxasında  Səbuhi  Abbasov olub. Və avtomobil  Səbuhi Abbasovun adına icarəyə götürülüb.

Daha bir müəmmalı məqam odur ki, bu günədək yol kənarındakı ÇƏKİLİŞ  KAMERALARI  ortaya çıxmayıb. Niyə?

Sözün qısası, qəza ilə bağlı cinayət işinin ilkin istintaqını Nərimanov Rayon Polis İdarəsində müstəntiq  Aqil Qasımov aparıb. Və 1 aydan sonra, yəni aprel  ayında istintaq dayandırılıb. Yenə ortaya  sual çıxır ki, bir aydan sonra niyə istintaq  dayandırılıb ? Və 6  aydan sonra, yəni oktyabrın 4-də   istintaq yenidən başlanıb. Daha doğrusu, mənim Prezident  Administrasiyasına və digər dövlət orqanlarına müraciətimdən sonra  istintaq  yenilənib.

Cənab Baş prokuror ! Kimlərin təsiri  və təzyiqi ilə bu cinayət işi baxılmadan dayandırılıb ?

Yəqin ki, mən müraciət etməsəydim, bu ağır  cinyət işi hələ də baxılmadan qalardı.

Cənab Baş prokuror !

Yuxarıda qeyd etdiyim kimi, 04 oktyabr 2023-cü il tarixdə, yəni  hadisədən 8 ay sonra ( fevral 3 – oktyabr 4 ) Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində (müstəntiq Elgün Hüseynov) cinayət işinin istintaqı davam etdirilib.   Yeri gəlmişkən, mənə DİN-də dedilər ki, istintaq  3 aya  yekunlaşacaq. Amma yenə süründürməçilik, ötür-ötür oyunu davam elədi.

Belə ki  Daxili İşlər Nazirliyi 3 aydan sonra, yəni 2024-cü ilin yanvar  ayında  cinayət işini  Bakı şəhəri Xəzər Rayon Polis İdrəsinə ötürdü.

Cənab Baş Prokuror! Oğlumun ölümü ilə bağlı  cinayət işi  7 aydır Xəzər RPİ-də  guya araşdırılır. Niyə Xəzər  RPİ ?

Guya hadisəni törədən   Gülnarə Eynullayeva  16 noyabr 2023-cü il tarixdə  saxta  100  dollar satan  Gülnarə  Fətullayeva və onun dəstə  üzvləri  Xəzər RPİ-nin əməkdaşları  tərəfindən saxlanılıb.

Cənab Baş Prokuror!

Saxta  dollar satan şəbəkənin mənim oğlumun ölümü ilə bağlı  cinayət işinə nə dəxli  var ?

Mediada yayılan  xəbərlərdən  bəlli olur ki, Gülnarə Eynullayeva və onun dəstəsi  Türkiyədən Azərbaycana xeyli miqdarda  saxta  100 dollar əskinasları keçiriblər.

Əlbəttə, bunları  araşdırmaq istintaq  orqanlarının   vəzifəsidir.

Cənab Baş Prokuror !

Mən oğlumun qatilinin dəqiq kim olmasını, yəni sükanın arxasında kim olmasını  bilmək  və onun layiq olduğu cəzanı almasını istəyirəm.

Hörmətlə,

Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 36 ünvanda yaşayan Qurbanov Elmar Allahyar oğlu

050-305-63-39

 

Azinformasiya.az

NUH.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir