“Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Cənub Qaz Dəhlizinin (SGC) ötürücülük qabiliyyətinin genişləndirilməsi çərçivəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır”.
Bu barədə EBRD-nin prezidenti Odil Reno-Basso “Report”a müsahibəsində bildirib.
“Biz başa düşürük ki, SGC-nin imkanları genişləndirilə bilər və bu barədə qərar qəbul olunarsa, biz Azərbaycanla əməkdaşlıqdan məmnun olarıq”, – o deyib.
O, bankın Azərbaycanın bərpa olunan enerji mənbələri sektoruna dəstək verdiyini əlavə edib. “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun imzalanmasından və təsdiqindən sonra bir il ərzində Qaradağda ilk özəl günəş elektrik stansiyasına 21,4 milyon avro sərmayə qoymuşuq. Bu ilin sonunda biz Abşeronda yerləşən külək elektrik stansiyasına investisiya yatırmağa davam etməyə hazırlaşırıq”, – Odil Reno-Basso əlavə edib.
Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz.