Ödənişli yolda qəza baş verib, 6 nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, “Toyota” markalı minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan paytaxt sakinləri – Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir