Türkiyə İsveçin NATO-ya üzvlüyünün qəti şəkildə əleyhinə deyil.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində söyləyib.
O vurğulayıb ki, İsveç terrora dəstəyini dayandırmalı və Türkiyə düşmənlərini müdafiə etməkdən əl çəkməlidir.
“Onların heç birindən əl çəkmədiyini görürük. Finlandiya addım atdı və Türkiyə NATO-ya daxil olması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirdi. İsveç öz ev tapşırığını etməlidir. Bu təxribatçı hərəkətlərin qarşısını almalı, Türkiyəyə düşmən olan terror təşkilatlarının başçılarını ekstradisiya etməlidir”, – deyə o bildirib.
Kurtulmuş, həmçinin qeyd edib ki, verdiyi sözləri yerinə yetirməyən İsveç üçün indiki vəziyyətdə NATO üzvlüyünü gözləmək yanlış arzu olaraq qalır.
Azinformasiya.az