Nuland ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edəcək

İyulun 29-dan etibarən Viktoriya Nuland ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edəcək.

 

Azinformasiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, mayda ABŞ xarici siyasət departamenti rəhbərinin birinci müavini vəzifəsini tərk edərək dövlət qulluğundan getmək istəyini açıqlayan Vendi Şerman iyulun 29-na kimi bu vəzifədə çalışacaq.

Qeyd edək ki, V.Nuland 2021-ci ilin mayından ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavinidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir