Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
Seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.
Azinformasiya.az