Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinə göndərdiyi dəvətləri geri çəkib

Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin mükafatlandırma mərasiminə dəvətini geri çəkib.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə fond bəyanat yayıb.

“Biz İsveçdəki bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək qərarına kölgə salan kəskin reaksiyasını nəzərə aldıq. Ona görə də biz keçən ilki istisnanı təkrarlamaq yəni Rusiya, Belarus və İranın səfirlərini Stokholmda keçirilən Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəldik”, – deyə fondun saytında yerləşdirilən bəyanatda qeyd olunur.

Həmçinin fond tərəfindən üç ölkənin səfirlərinin Osloda keçiriləcək mərasimə dəvət ediləcəyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir