Nikol Paşinyan ilin sonunadək Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycan ilə sülh müqaviləsi imzalamaq istədiyini ifadə edib.

“Report”un “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, o, parlamentdə deyib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir.

“Çalışacağıq ki, müqavilə imzalananadək sərhədlərin delimitasiyası başa çatdırılsın”, – N.Paşinyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir