Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, başsağlığında deyilir:

“Zati-aliləri, Qardaşımız İlham Əliyev.

Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.

Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir