Nigeriyada terror aktı olub, 11 dinc sakin öldürülüb

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror aktı olub.

 

Azinformasiya.az xarici KİV-ə istinadən xəbər verir “Boko Haram” terror təşkilatı törətdiyi hadisədə 11 dinc sakin ölüb.

Terror təşkilatının Kavuri kəndində əkin sahəsində işləyən insanlara silahlı hücum etdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Nigeriyada 2000-ci illərin başlanğıcından bəri mövcud olan “Boko Haram”ın hücumları zamanı on minlərlə insan həyatını itirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir