Nigerdə Fransaya qarşı nümayiş keçirilib

Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq üsyançıları dəstəkləyib və Fransanın təsirinə qarşı çıxış edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “TV5 Monde” telekanalı məlumat yayıb.

“Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, – aksiya iştirakçılarından biri söyləyib. Onun müraciətlərinin əks olunduğu videonu “TV5 Monde”nin müxbiri “Twitter”də paylaşıb.

Telekanal əməkdaşı təsdiq edir ki, parlament binası qarşısında toplaşanlar Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb edirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir