İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HAMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Yaxın günlərdə HAMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, – Netanyahu bildirib.
O, eyni zamanda ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.
Azinformasiya.az