İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan evə buraxılıb.
Azinformasiya.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Həmçinin bu gün İsrail parlamentində hüquq islahatları ilə bağlı ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ bilinmir.
Azinformasiya.az