Netanyahu Qəzzaya dair müzakirələr üçün Qətərə nümayəndə heyəti göndərib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşmasının texniki detallarının müzakirə edilməsi üçün İsrail nümayəndə heyətinə Qətərə getməyi tapşırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Ynet” portalı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, nümayəndə heyətinə “Mossad”ın, Baş Təhlükəsizlik Xidmətinin və İsrail Müdafiə Qüvvələrinin nümayəndələri, həmçinin İsrailin oğurlanmış və itkin düşmüş şəxslərlə bağlı koordinatoru Qal Hirş daxildir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir