İsrail yalnız girovların azad edilməsi şərti ilə Qəzza zolağının atəşə tutulmasını dayandıra bilər.
Azinformasiya.az xəbər verir ki, Netanyahu bunu CNN-ə müsahibəsində deyib.
O vurğulayıb ki, biz atəşkəs barədə yalnız girovların azad edilməsindən sonra düşünə bilərik. Netanyahu, həmçinin qeyd edib ki, bununla belə, İsrail döyüşdə qısa humanitar fasilələr verməyə hazırdır: “Bir neçə saatlıq, məhdud ərazidə və konkret məqsədlər üçün”.
Azinformasiya.az