Netanyahu: İsrail Suriya ilə qarşıdurmada maraqlı deyil

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Suriya ilə qarşıdurmada maraqlı deyil və Dəməşqə qarşı siyasətini bölgədəki reallığa uyğun olaraq müəyyən edəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Baş nazirin sözlərinə əsasən, Suriya onilliklər ərzində İsrailin fəal düşməni olub, dəfələrlə yəhudi dövlətinə öz ərazisindən hücum edib, başqalarının hücumuna icazə verib və İrana öz ərazisindən Hizbullahı silahlandırmaq imkanı yaradıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir