İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HAMAS-ı məhv etmək üçün Qəzzaya tam güclə girəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Yaxın günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün gücümüzlə Qəzzaya daxil oluruq. Əməliyyatı başa çatdırmaq HAMAS-ı məğlub etmək deməkdir. Bu, HAMAS-ı məhv etmək deməkdir. Müharibəni dayandıracağımız vəziyyət olmayacaq. Müvəqqəti atəşkəs ola bilər, lakin biz sona qədər gedirik”, – Netanyahu vurğulayıb.
O, eyni zamanda bildirib ki, İsrail Qəzza sakinlərini qəbul etmək istəyən ölkələr tapmağa çalışır.
Azinformasiya.az