İsrail ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələrin iki həftəlik dayandırılması qərarını dəstəkləyir.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
“İsrail, İran dərhal boğazları açacağı və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandıracağı halda, prezident Trampın İrana qarşı zərbələrin iki həftəlik dayandırılması qərarını dəstəkləyir”, – deyə bəyanatda qeyd olunub.
Bəyanata əsasən, İsrail eyni zamanda İran tərəfindən gələn “nüvə, raket və terror” təhdidinin aradan qaldırılmasına yönəlmiş ABŞ tədbirlərini də dəstəkləyir.
“Birləşmiş Ştatlar İsrailə bildirib ki, qarşıdakı danışıqlar zamanı ABŞ, İsrail və İsrailin regiondakı müttəfiqləri üçün ortaq olan bu məqsədlərə nail olunmasına sadiqdir”, – deyə Netanyahunun ofisi əlavə edib.
Azinformasiya.az