Netanyahu HHQ-nin Suriyadakı hərbi hədəflərə zərbə endirməsini təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahu, İsrail ordusunun Suriyada Bəşər Əsəd ordusu tərəfindən tərk edilmiş strateji hərbi obyektlərə cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün hava zərbələri endirməsini təsdiqləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu haqda baş nazirin ofisi məlumat yayıb.

“Biz Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik, ancaq təbii ki, təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi etmək niyyətindəyik. Suriya ordusu cihadçıların əlinə keçməsin”, – deyə Netanyahu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir