HAMAS atəşkəs və girovlarla bağlı razılaşmaya maneə törədir.
Azinformasiya.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.
Netanyahunun ofisi HAMAS-ı son dəqiqə sövdələşməsində yeni tələblər irəli sürməkdə ittiham edib.
“Vasitəçilər HAMAS-ın razılaşmanın bütün detallarını təsdiqlədiyini elan edənə qədər İsrail Nazirlər Kabineti hökumət iclasının tarixini təyin etməyəcək”, – bəyanatda bildirilib.
Qeyd edək ki, İsrail hökuməti razılaşmanı təsdiqləməlidir.
Azinformasiya.az