Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib

İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib.

 

Azinformasiya.az  xəbər verir ki, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib.

İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: “Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir. Qəzzada artıq de-fakto bir dövlət mövcud olub və həmin ərazi İsrailə qarşı hücumlar üçün istifadə edilib. İsrail ərəb dövlətləri ilə daha geniş sülhə nail olmağın mümkün olduğuna inanır, eyni zamanda fələstinlilərlə real və uzunmüddətli sülhün də yolları mövcuddur. Ancaq İsrail öz qapısında özünü məhv etməyə çalışan bir dövlətin yaranmasına icazə verməyəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir