Netanyahu Fələstin dövlətinin qurulması ehtimalını rədd edib

İsrail Fələstinin bir neçə ölkə tərəfindən birtərəfli qaydada tanınmasına BMT Baş Assambleyasından sonra cavab verəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, həmçinin qeyd edib ki, İsrail, İordan çayının qərb sahillərində yəhudilərin məskunlaşması üçün qəsəbələr tikməyə davam edəcək.

Qeyd edək ki, bu gün Kanada, Böyük Britaniya və Avstraliya Fələstin dövlətini tanıyıb. Bununla da Fələstinin müstəqilliyini tanıyan ölkələrin ümumi sayı 150-yə çatıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir