Bu gün Nepal Prezidenti Ramçandra Paudel Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovu qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Nepal mediası məlumat yayıb.
Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə arasında münasibətlərin yeni inkişaf tempindən məmnunluğunu ifadə edib.
Bakıda keçirilmiş COP-29-da Nepalı təmsil etdiyini xatırladan Prezident Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmələr dünən Elnur Məmmədovun səfərindən sonra Katmanduda keçirilib.
Azinformasiya.az