Neftçala sakini evində yanaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə baş verib.
Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
Yanğın FHN tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az