“Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz onun adı ilə bağlıdır: “Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci illərin sonunda isə 2 117-ə çatmışdı. Bu da o deməkdir bu göstərici 3 dəfə artmışdı. Bundan başqa ölkədə ali təhsillilərin sayı 70 mindən 100 minə kimi artıb”.
E.Əmrullayev qeyd edib ki, ulu öndərin təhsil sahəsindəki siyasəti onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Xaricdə təhsil proqramından yararlanan bir azərbaycanlı kimi qeyd edə bilərəm ki, bu təhsil almaq imkanı baxımından gözəl şəraitdir”.
“Təhsil sahəsindəki təşəbbüsləri sonrakı 50 ildə daha aydın görmək mümkündür. İndiki gənc nəsil onlar üçün yaradılan bütün şəraitdən lazımi səviyyədə istifadə etməlidirlər. Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Azərbaycan məktəbinin məzmunu Zəfərin öyrənildiyi yerdədir. Şuşa və Ağdamda məktəblər inşa edilir. Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək və orada da zəng çalınacaq”- nazir əlavə edib.