Nazir Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi üçün əsas şərtləri açıqlayıb

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetirəcəyik.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir.

“İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təmin verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi”.

Nazir bu hadisənin Azərbaycan-İran münasibətlərinə təsir göstərdiyini xatırladıb.

“Ölkələrimiz arasındakı əlaqələrdə müəyyən gərginlik yaranmışdı. Buna baxmayaraq həm XİN, həm də müxtəlif dövlət qurumları vasitəsilə müxtəlif rabitə kanallar açıq qalmışdı. Bunu törədən şəxsin ən ağır formada cəzalandırılması məsələsi bu bir il ərzində müzakirə edilib. İstintaq tədbirləri davam edirdi. Bizə daxil olan məlumata görə, bu gün məhkəmənin ilk iclasının keçirilməsi planlaşdırılır. Təbii ki, biz bu məsələni diqqətdə saxlayacağıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir