Naxçıvanda zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil və “Toyota” markalı avtomobil toqquşub. Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir