Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Ordubad-Culfa magistral yolunda qəza olub, sürücü ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində baş verib.

Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini R. Məmmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir