Naxçıvanda yasda 20 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində qeydə alınıb.

Belə ki, 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir