04-05 oktyabr tarixlərində günün müxtəlif saatlarında Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayon Əlincə kəndində ot bağlamalarında, Şahbuz rayon Şahbuzkənd, Şərur rayon Kürçülü, Maxta və Babək rayon Nəzərabad kəndlərində biçilmiş taxıl sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Azinformasiya.az xəbər verir ki, dərhal Culfa, Şahbuz, Şərur, Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisələri nəticəsində Şahbuzkənddə 1800 m² biçilmiş taxıl sahəsi yanıb, 200 m² sahə yanğından mühafizə edilib. Kürçülü kəndində 2000 m² biçilmiş taxıl sahəsi və 2000 m² biçilmiş yonca sahəsi yanıb, 5000 m² biçilmiş taxıl sahəsi və 5000 m² biçilmiş yoca sahəsi yanğından mühafizə edilib. Maxta kəndində 60 kq ot bağlaması və 1000 m² biçilmiş taxıl sahəsi yanıb, 990 kq ot bağlaması və 19000 m² biçilmiş taxıl sahəsi mühafizə olunub. Nəzərabad kəndində isə 10000 m² sahə yanğından mühafizə edilib.
Azinformasiya.az