Naxçıvanda piyadanı maşın vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Çənlibel məhəlləsində baş verib.

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü, Babək rayon Qahab kənd sakini Nəcəfov Fariz Marif oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir