Naxçıvanda motosiklet maşına çırpılıb, xəsarət alan var

Naxçıvanda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Ordubad-Naxçıvan magistralında, Babək rayonu yol ayrıcında baş verib.

Culfa rayonu Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlunun idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosiklet Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı “VAZ-21074” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan MR Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir