Naxçıvanda kütləvi zəhərlənmə baş verib

Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə baş verib.

 

Azinformasiya.az xəbər verir ki, dünən axşam Naxçıvan şəhərində qidadan 8 nəfər zəhərlənib.

Bayram axşamı şəhər sakinləri 1997-ci il təvəllüdlü Röya Babayeva, 1995-ci il təvəllüdlü Türkanə İbrahimova, 1988-ci il təvəllüdlü Nahidə Rzayeva, 1975-ci təvəllüdlü Məhəbbət İbrahimova, 1964-cü il təvəllüdlü Elmira Bünyadova, 1959-cu il təvəllüdlü Kişvər Muradova, 1954-cü il təvəllüdlü Səbahət Allahverdiyeva və 1932-ci il təvəllüdlü Hökümə Məmmədova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərin vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir