Naxçıvanda kafedə bıçaqlanma baş verib

Naxçıvanda bıçaqlanma olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhərin kafelərinin birində baş verib.

Belə ki, dava zamanı Naxçıvan şəhər 56-ci məhəllə sakini, 1995-ci il təvəllüdlü Yusifli Xəlil Məzahir oğlu bıçaqlanıb. Sol böyrək və sol dirsək nahiyəsindən ciddi xəsarət alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir