Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərlənib

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində baş verib. Şəhər sakinləri – 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları – 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Sözügedən şəxslər təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Ruhiyyə Rəsulova Naxçıvanda jurnalist kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir