Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində qeydə alınıb.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.
Onun övladları – 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az