Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində baş verib. Dəm qazından Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərlənib.
Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri normaldır. Məlumata əsasən, onlar bu gün evə buraxılacaq.
Azinformasiya.az