Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə dünən Naxçıvan şəhəri, Əcəmi 4, ev 25 ünvanında baş verib. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir